Cokoviç “Böyük Dəbilqə” turnirlərində rekord qırdı

İdman

15.01.2025 14:40

Serbiyalı tennisçi Novak Cokoviç “Böyük Dəbilqə” turnirlərində iştirak sayına görə yeni rekord müəyyən edib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Açıq çempionatının ikinci mərhələsində portuqaliyalı Xayme Faria ilə görüş məşhur tennisçi üçün 430-cu olub.

O, “Böyük Dəbilqə” turnirlərində 429 oyun keçirən isveçrəli Roje Federerin rekordunu qırıb. 

Cokoviç turnirlərdə qazandığı 380 qələbəyə görə də liderdir.

Qeyd edək ki, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) himayəsi altında keçirilən turnirlərin 99-da birinci olub. 37 yaşlı tennisçi “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibidir. Cokoviç Paris Olimpiadasının qızıl, Pekin Oyunlarının isə bürünc mükafatçısıdır. 2010-cu ildə “Devis Kuboku”nun sahibi olan tennisçi dünya reytinqinin lideri kimi keçirdiyi həftələrin sayına (428) görə mütləq rekorda malikdir.

Namiq HUN

tag: Tennis, İsveçrə, Rekord, Cokoviç, todaypress.az,