Cokoviç 4-cü cəhddən olimpiya finalına yüksəldi

İdman

03.08.2024 09:47

Novak Cokoviç Paris Olimpiadasında tennis yarışlarının finalına vəsiqə qazanıb.

TodayPress xəbər verir ki, serbiyalı tennisçi 4-cü cəhdində olimpiadanın finalına yüksələ bilib.

O, daha əvvəl 3 dəfə yarımfinalda mübarizəni dayandırıb. Cokoviç Pekin-2008, London-2012 və Tokio-2020 turnirlərində finalın bir addımlığında büdrəyib. 

Novak Lorenso Muzettini (İtaliya) 6:4 və 6:2 hesablı setlərlə məğlub edib.

Novak Cokoviç olimpiadalar tarixində finala yüksələn ən yaşlı tennisçidir. O, finalda ispaniyalı Karlos Alkarasla qarşılaşacaq. 

Xatırladaq ki, tennisçilər bu il iyulun 14-də “Böyük Dəbilqə” seriyalı Uimbildon turnirinin finalında qarşılaşıblar. Alkaras 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 24 dəfə "Böyük Dəbilqə" yarışlarının qalibi olan 37 yaşlı Cokoviçin medal kolleksiyasında yalnız Olimpiya qızılı yoxdur.

Namiq HUN

tag: Cokoviç,Tokio, Böyük Dəbilqə, İtaliya, Uimbildon, todaypress.az,