Cokoviç 100-cü titul turnirinə qatılacaq
Serbiyalı tennisçi Novak Cokoviç “Monte-Carlo Masters” turnirində mübarizə aparacaq.
TodayPress xəbər verir ki, serbiyalı raketka ustası aprelin 13-dək davam edəcək turnirdə 10 ildən sonra Monakoda 3-cü, karyerasında isə 100-cü titul uğrunda yarışacaq.
Qeyd edək ki, kişi peşəkar tennisçilər arasında keçirilən turnir ilk dəfə 1897-ci ildə gil kortlarda oynanılır.
“Monte-Carlo Masters” təqvimin ən nüfuzlu və “ATP Tour”da doqquz “ATP Masters 1000” turnirindən biridir.
Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində 428 həftə Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub.
Namiq HUN
tag: Novak Cokoviç,Tennis,Turnir,Rekord,Todaypress.az,