ÇL: “Traktor” 1/4 finala yüksəldi

İdman

19.02.2025 12:40

1940

Asiya Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir.   

TodayPress xəbər verir ki, “Traktor” Bəhreynin “Xaldiya” klubu ilə qarşılaşıb. 

Təbriz qarşılaşması 3:3 hesabı ilə başa çatıb.

“Traktor” ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyindən növbəti mərhələyə yüksəlib.   

Təbrizlilər 1/4 finalda “Əl Vakrah” (Qətər) – “Əl Taavun”  (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq. 

 Namiq HUN

tag: Asiya,Çempion,Liqa,Oyun,Todaypress.az,