ÇL: “Qarabağ” təsnifat mərhələsindən başlayacaq

İdman

08.05.2025 09:30

22

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək. 

TodayPress xəbər verir ki, PSJ klubunun finala yüksəlməsi Azərbaycan çempionuna bu hüququ qazandırıb.

Cari mövsüm Çempionlar Liqasının finalında qarşılaşacaq “İnter” və PSJ klubları Avropanın ən nüfuzlu turnirinin Liqa mərhələsinə vəsiqəni ölkə çempionatlarından qazanıblar. Bu isə o deməkdir ki, Çempionlar Liqasının turnirinin qalibi olacaq komanda artıq növbəti mövsüm üçün yerini təmin edib.

Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı olan klublardan ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə yüksəlib. Bu şərəfə Yunanıstan çempionu “Olimpiakos” nail olub.

2-ci təsnifat mərhələsində bir komandanın azalması ilk raundda oynamalı olan klublara təsir edib. İki ən reytinqli komanda növbəti mərhələyə keçirilib. “Qarabağ” (32.000) və “Slovan” (33,500) klubları ilk raunddan azad edilib.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. “Qarabağ” cari mövsümdə də yarışa II təsnifat mərhələsindən başlamışdı.

Namiq HUN

tag: Qarabağ,UEFA,ÇL,PSJ,todaypress.az,