ÇL: "Qarabağ" "Dinamo"ya qarşı

İdman

28.08.2024 09:10

Bu gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu Zaqreb "Dinamo"su ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. 

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək üçün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir. 

Komadalar arasında Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. 

İngiltərəli FIFA referisi Maykl Oliverin idarə edəcəyi matç saat 20:45-də başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. 

Namiq HUN

tag: Qarabağ, UEFA, Zaqreb, Azərbaycan, FIFA, todaypress.az,