ÇL: “Mançester Siti” və PSJ pley-offda
İdman
30.01.2025 09:10
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub.
TodayPress xəbər verir ki, əsas mərhələnin VIII turu avrokuboklarla vidalaşmaq təhlükəsi ilə üzləşən “Mançester Siti” və PSJ klubları üçün həlledici olub.
Mançester təmsilçisi “Brügge” ilə ev oyununda fasilədən sonra geridönüş edərək 3:1 hesablı qələbə qazanıb. PSJ isə səfərdə “Ştutqart”a futbol dərsi keçib.
Fasiləyə kimi 3 qol vuran Paris təmsilçisi yekunda 4:1 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin edib.
Ümumilikdə son turda keçirilən 18 oyundan sonra 1/8 finalın və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
“Liverpul”, “Barselona”, “Arsenal”, “İnter”, “Atletiko”, “Bayer 04”, “Lill” və “Aston Villa” klubu birbaşa turnirin 1/8 finalına yüksəlib. “Atalanta”, “Borussia Dortmund”, “Real Madrid”, “Bavariya”, “Milan”, “PSV”, “PSJ”, “Benfika”, “Monako”, “Brest”, “Feyenoord”, “Yuventus”, Seltik , “Mançester Siti”, “Sportinq” və “Brügge” klubu isə 1/16-da oynayacaq.
Liqa mərhələsində VIII turun nəticələri:
“Aston Villa” - “Seltik” - 4:2 “Barselona” - “Atalanta” - 2:2 “Bayer 04” - “Sparta” - 2:0 “Bavariya” - “Slovan” - 3:1 “Brest” - “Real Madrid” - 0:3 “Dinamo Zaqreb” - “Milan” - 2:1 “Borussiya Dortmund” - “Şaxtyor” - 3:1 “Jirona” - “Arsenal” - 1:2 “İnter” - “Monako” - 3:0 “Yuventus” - “Benfika” - 0:2 “Lill” - “Feyenoord” - 6:1 PSV – “Liverpul” - 3:2 “Zaltsburq” - “Atletiko” - 1:4 “Sportinq” - “Bolonya” - 1:1 “Şturm” - “Leyptsiq” - 1:0 “Yanq Boyz” - “Srvena Zvezda” - 0:1
Namiq HUN
tag: UEFA,Liqa,Çempion,Atletiko,Todaypress.az,