ÇL-lə vidalaşacaq ilk komanda bəlli oldu

İdman

11.12.2024 13:22

UEFA Çempionlar Liqasında mübarizəni dayandıracaq ilk komandanın adı məlum olub.

TodayPress xəbər verir ki, Liqa mərhələsinin VI turunda öz meydanında "Aston Villa"ya (2:3) uduzan "Leypsiq" klubunun turnirlə vidalaşacağı dəqiqləşib.

ÇL-in Liqa mərhələsində keçirdiyi 6 oyunun hamısında uduzan Almaniya klubunun pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı qalmayıb.

Xatırladaq ki, avrokuboklarda yeni formatda keçirilən Liqa mərhələsi cari mövsümdən başlayıb. ÇL-də 1-8-ci yeri tutan klublar 1/8 finala yüksələcəklər. 9-24-cü yerə sahib çıxan komandalar 1/8 finala yüksəlmək üçün 2 matçdan ibarət pley-off mərhələsində oynayacaqlar. 24-36-cı yerlərlə kifayətlənən klublar isə  avrokuboklarda mübarizəni başa vuracaqlar.

Namiq HUN

tag: Liqa, Vida, Klub ,Final, todaypress.az,