ÇL: İsrafilovun komandası ilk qələbəsini qazandı
İdman
02.10.2024 14:05
Asiya Çempionlar Liqasında yeni mövsümün II turunun oyunları keçirilir.
TodayPress xəbər verir ki, bu tur Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi Malayziyanın "Yohor Tazim" klubu aktivinə qələbə xalı yazdırıb.
Yarımmüdafiəçinin əsas heyətdə meydana çıxdığı oyunda komandası Çinin "Şanxay Şenxua" klubunu məğlub edib 3:0.
Xatırladaq ki, “Yohor Tazim” Liqa mərhələsinin ilk turunda səfərdə Çinin “Şanxay Port” klubu ilə oyunda məhsuldar heç-heçəyə imza atıb 2:2.
Namiq HUN
tag: Asiya ,Çempionlar ,Yohor Tazim ,Eddi İsrafilov ,Malayziya, todaypress.az,