ÇL: “İnter” “Barselona”ya qarşı
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
TodayPress xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək.
“İnter” klubu “Cuzeppe Myatse” stadionunda “Barselona”nı sınağa çəkəcək.
Komandalar arasında ilk matç 3:3 hesabı ilə başa matıb. Görüş saat 23:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması mayın 7-də Fransada baş tutacaq.
PSJ ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Arsenal”ı qəbul edəcək.
Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
Namiq HUN
tag: UEFA,Barselona,İnter,Matç,Todaypress.az,