ÇL-in qalibi peşəkar statusunu itirdi
Çinin “Quançjou” futbol klubu peşəkar statusunu itirib.
TodayPress Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda maliyyə problemlərinə görə Çin Futbol Assosiasiyasından lisenziya ala bilməyib.
Qeyd edək ki, “Quançjou”, səkkizqat Çin çempionudur. Klub iki dəfə Asiya Çempionlar Liqasının qalibi olub.
Namiq HUN
tag: ÇL ,Futbol ,Lisenziya, Maliyyə, todaypress.az,