ÇL-in pley-off cütləri məlum oldu
İdman
31.01.2025 15:47
Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
TodayPress xəbər verir ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edib.
Bu raundun mərkəzi oyunu “Mançester Siti” və “Real Madrid” arasında olacaq.
Çempionlar Liqası Pley-off mərhələsi cütləri
“Brest” - PSJ
“Brügge” - “Atalanta”
“Mançester Siti” - “Real”
“Yuventus” - PSV
"Monako” - “Benfika”
“Sportinq” - “Borussiya Dortmund”
“Seltik” - “Bavariya”
“Feyenoord” - “Milan”
Qeyd edək ki, pley-off matçları fevralın 11-12-də və 18-19-da keçiriləcək.
Namiq HUN
tag: Milan,Monako,Bavariya,Püşkatma,Todaypress.az,