ÇL-in “play-off”unda Azərbaycan dueli
İdman
07.09.2024 08:59
Minifutbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cütləri məlum olub.
TodayPress xəbər verir ki, 1/8 final Azərbaycan klublarının dueli ilə əlamətdar olacaq.
Turnirdə ölkəmizi təmsil edən "Birbaşa Bakı" və "AzNur" bu mərhələdə öz aralarında münasibətlərinə aydınlıq gətirəcəklər.
Görüşün qalibi 1/4 finalda "Meksikani Ber Şava" (İsrail) - "Belfut İaşi" (Rumıniya) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki klubumuz qrup mərhələsini məğlubiyyətsiz başa vurub. "Birbaşa Baku" 5 xalla E qrupunu 2-ci, "AzNur" isə eyni xalla C qrupunu 3-cü pillədə bitirib.
Namiq HUN
tag: Bakı, Turnir ,Meksikani Ber Şava ,Belfut İaşi ,AzNur ,todaypress.az,