ÇL-in finalı Bakıda keçirilə bilər
İdman
23.10.2024 17:45
Bakı Olimpiya Stadionu (BOS) UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün final matçına ev sahibliyi edə bilər.
TodayPress xəbər verir ki, AFFA ölkənin ən böyük arenasının namizədliyi ilə bağlı UEFA-ya müraciət edib.
2027-ci ildə keçiriləcək həlledici matçı qəbul etməyə iki stadion iddia edir. BOS-un yeganə rəqibi Madriddəki “Estadio Metropolitano” stadionudur.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi finalın ev sahibini 2025-ci ilin mayında seçəcək.
Namiq HUN
tag: AFFA, Madrid, UEFA,Estadio Metropolitano, Namizəd, todaypress.az,