ÇL-də yeni formatla püşk atıldı

İdman

30.08.2024 09:11

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, yeni formatla keçiriləcək turnirdə 36 komanda 8 oyun keçirəcək.

Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi olan "Real Madrid" klubu Liqa mərhələsində “Borussiya” D, “Liverpul”, "Milan", "Atalanta", "Zalsburq", "Lill", "Ştutqart" və "Brest" kimi rəqiblərlə qarşılaşacaq.

3-cü səbətdə yer alan Zaqreb “Dinamo”suna püşk “Borussiya” D., “Bavariya”, "Milan", "Arsenal", "Seltik", "Zalsburq", "Monako" və "Slovan"ı rəqib seçib. 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qalib gəlsəydi “köhlən atlar” qrup mərhələsində bu rəqiblərlə qarşılaşacaqdı. 

Liqa mərhələsində ilk oyunlar sentyabrın 17-19-da keçiriləcək. Mərhələnin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

Namiq HUN

tag: UEFA, Çempionlar, Liqa, Arsenal, Seltik, Monako, todaypress.az,