ÇL-də Liqa mərhələsi başlayır
İdman
17.09.2024 06:00
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun proqramı açıqlanıb.
TodayPress xəbər verir ki, sentyabrın 17-də start götürəcək tur 3 günü əhatə edəcək.
İlk oyun gününün ən maraqlı qarşılaşması Milanda olacaq. Şəhərin eyniadlı komandası “San Siro”da "Liverpul"la qarşılaşacaq.
Sentyabrın 18-də isə azarkeşlər “Etihad” stadionunda "Mançester Siti" - "İnter" duelini izləyəcəklər.
Əsas mərhələnin ilk turunun son günü isə "Atalanta" - "Arsenal" qarşılaşması ilə əlamətdar olacaq.
Namiq HUN
tag: Liqa Mərhələsi ,San Siro ,UEFA ,Milan ,Etihad ,Mançester Siti, İnter, todaypress.az,