Çiro İmmobile “Beşiktaş”dan ayrılır?

İdman

13.01.2025 18:33

"Beşiktaş" klubunun ulduz futbolçusu Çiro İmmobile karyerasını İtaliyada davam etdirmək istəyir.

TodayPress “SporX”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun ayrılmasını istəməsələr də, İmmobile qərarında qətidir.

Çiro İmmobilenin meneceri “qara qartallar”ın rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, Çiro İmmobile cari mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 23 oyunda 14 qol vurub.

Namiq HUN

tag: Çiro,Karyera,İtaliya,Futbolçu, todaypress.az,