Çinli üzgüçü rekord qırıb, qisas aldı

İdman

01.08.2024 11:18

Çinli üzgüçü avstraliyalıları və amerikalıları Olimpiya Oyunlarına hörmətsizlikdə ittiham edib. 

TodayPress xəbər verir ki, çinli üzgüçü Pan Çjanle 100 metr məsafəyə sərbəst üsulla üzməkdə olimpiya çempionu titulunu qazandıqdan sonra Avstraliya və Amerika idmançılarını hörmətsizlikdə ittiham edib.

“Utancın qisasını aldım. İlk gün avstraliyalı Çelmersi salamladım, lakin o, ABŞ komandasından Aleksi də daxil olmaqla, mənə tamamilə məhəl qoymadı. Biz məşq edəndə məşqçimizə su çiləyirdilər. Bizə yuxarıdan aşağı baxırlar.

Bu gün nəhayət ki, hamısını məğlub etdim və belə çətin hovuzda dünya rekordu qırdım. Bu, həqiqətən də yaxşı çıxış idi və Çin komandası üçün əla debüt oldu” Çjanle bildirib. 

Qeyd edək ki, Çelmers 100 metr məsafəyə sərbəst üsulla üzməkdə gümüş medal qazanıb.

Namiq HUN

tag: Çin, Üzgüçü, Avstraliya, ABŞ, Çelmers, todaypress.az,