Çinli idmançı rəqibinə dəstək nümayiş etdirdi

İdman

06.08.2024 09:00

Çinli badmintonçu Xe Bin Szao Paris Olimpiadasının  mükafanlandırma mərasamində təqdirəlayiq addım atıb.

TodayPress xəbər verir ki, o fəxri kürsüyə İspaniya nişanı ilə çıxıb.

Xe Bin Szao bu addımı yarımfinalda məğlub etdiyi ispaniyalı Karolin Marinə dəstək üçün atıb. Marin Xe Binlə görüşdə 21:14 və 10:8 hesabları ilə öndə ikən ağır zədə səbəbindən yarışı davam etdirə bilməyib. İspaniyalı badmintonçu bürünc medal uğrunda görüşdə də iştirak etməyib.

Qeyd edək ki, qadın badmintonçuların yarışında An Seyun (Cənubi Koreya) qızıl, Xe Bin Szao (Çin) gümüş, Qreqoriya Mariska Tuncunq (İndoneziya) isə bürünc medala sahib çıxıb.

Namiq HUN

tag: Çin, Xe Bin Szao, Paris, Karolin Marin, Badminton, todaypress.az,