Çingiz Hüseynzadə vəzifəsindən ayrılacaq
İdman
02.01.2025 11:40
Yanvarın 7-də Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-Seçki Baş Məclisi keçiriləcək.
TodayPress xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu dəfə hesabat verərək vəzifəsindən ayrılacaq.
Çingiz Hüseynzadə 1997-ci ilin iyulun 31-dən MOK-un vitse-prezidenti seçilib.
MOK-un Baş Məclisində dəyişikliklərin olacağı gözlənilir.
Xatırladaq ki, MOK-un prezidenti ölkə başçısı İlham Əliyevdir.
Namiq HUN
tag: Məclis,Milli, Prezident, MOK ,todaypress.az,