Çində sürət yarışının qalibi məlum oldu

İdman

22.03.2025 09:33

1390

“Ferrari” komandasının britaniyalı pilotu Luis Hemilton “Formula-1” üzrə dünya çempionatının Şanxayda təşkil edilən Çin Qran-prisinin sprint yarışının qalibi olub.

TodayPress xəbər verir ki, britaniyalı sprint yarışını qazanan ilk “Ferrari” pilotu olub.

İkinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri tutub. İlk üçlüyü isə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tamamlayıb.

Sprintdə qalib gələn pilot çempionatın ümumi hesabına 8 xal yazdırır. “Formula”1-in yeddiqat çempionu olan Hemilton belə bir yarışı ilk dəfə qazanıb. 

Qeyd edək ki, 40 yaşlı britaniyalı pilot “Ferrari” komandasında ikinci Qran-prisini keçirir. 

Namiq HUN

tag: Ferrari,Formula-1,Çin Qran-prisi,Şanxay,todaypress.az,