Çin millisinin keçmiş baş məşqçisi cəzalandırıldı

İdman

13.12.2024 17:10

Futbol üzrə Çin yığma komandasının keçmiş baş məşqçisi Li Ti korrupsiya ilə bağlı 20 il həbs cəzası alıb.

TodayPress "The Paper"ə istinadən xəbər verir ki, hökm Hubey əyalətinin Siannin şəhərinin məhkəməsi tərəfindən çıxarılıb.

İstintaq müəyyən edib ki, 2019-2021-ci illər arasında mütəxəssis 50 milyon yuandan (təxminən 7 milyon dollar) çox rüşvət alıb. Həmçinin məlum olub ki, çinlilər korrupsiya sayəsində ölkə millisində vəzifə alıblar.

Qeyd edək ki, Li Ti 2020-ci ildən 2021-ci ilə qədər Çin milli komandasına rəhbərlik edib. O, futbolçu karyerasında daha çox İngiltərənin “Everton” klubundakı oyunu ilə tanınıb.

Namiq HUN

tag: Çin,Korrupsiya ,Həbs, Cəza ,todaypress.az,