Çimərlik voleybolçularından Avropa Kubokunda uğurlu start
İdman
11.10.2024 12:15
Azərbaycanın çimərlik voleybolu üzrə kişi və qadınlardan ibarət komandaları klublararası Avropa Kuboku (Beach Volley European Cup) turnirində uğurla start götürüblər.
TodayPress xəbər verir ki, “Azərreyl”in kişilərdən ibarət kollektivi Fransanın “Re Beach” klubunu iki oyunda məğlub edib.
Təmsilçimiz Monpelye şəhərində baş tutan görüşdə rəqib komandanı hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyib.
“Azərreyl”in qadınlardan ibarət kollektivi isə Avstriyanın “Berqstrand Beachvolleyball” klubuna hər iki matçda şans verməyib 2:0.
Namiq HUN
tag: Çimərlik,Voleybol,Avropa Kuboku,Re Beach,Azərreyl,Berqstrand Beachvolleyball,todaypress.az,