Çimərlik voleybolçuları Avropa Kubokunun 1/4 finalında
İdman
12.10.2024 09:40
Fransada çimərlik voleybolu üzrə klublararası Avropa Kuboku (Beach Volley European Cup) davam edir.
TodayPress xəbər verir ki, “Azərreyl” klubunun qadın və kişi komandaları Monpelye turnirinin qrup mərhələsini lider olaraq başa vurublar.
Hər iki təmsilçimiz 1/4 finala yüksəlib.
Qrup mərhələsinin son görüşlərində komandarımız Sloveniya təmsilçiləri üzərində asan qələbə qazanıblar.
“BVC Ludus” klubları ilə oyunlar 2:0 hesabı ilə yekunlaşıb.
Namiq HUN
tag: Çimərlik voleybolu,Qələbə,Klub,Azərreyl,Final,Todaypress.az,