Çimərlik güləşçilərinin Poreç sınağı
İdman
11.10.2024 15:00
Xorvatiya çimərlik güləşi üzrə Dünya Seriyasının Final mərhələsini qəbul edəcək.
TodayPress xəbər verir ki, oktyabrın 12-13-də Poreç şəhərində baş tutacaq ilin həlledici yarışında Azərbaycan güləşçiləri də qələbə uğrunda mübarizə aparacaqlar.
Dünya Seriyasının Final mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) ökəmizi təmsil edəcək.
Qeyd edək ki, bu yarışdan dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.
Namiq HUN
tag: Xorvatiya ,Çimərlik,Güləş,Oyan Nəzəriani,Ramiz Həsənov,todaypress.az,