Çiluel “Çelsi” ilə yollarını ayırmaq niyyətindədir

İdman

04.10.2024 15:15

Müdafiəni gücləndirməyə çalışan İspaniya nəhəngi axtardığını İngiltərədə tapıb. 

TodayPress xəbər verir ki, "Atletiko Madrid" klubu Ben Çiluelin xidmətinə maraq göstərir.

"Çelsi"nin ayrılmağa hazır olduğu futbolçu bu mövsüm cəmi 45 dəqiqə meydanda olub. 

Bu səbəbdən Çiluelin “hindular”la anlaşmasının baş tutmaq ehtimalı çoxdur. 

Atletiko 27 yaşlı futbolçunun transfer qiymətini mümkün qədər aşağı salmağa çalışır.

Qeyd edək ki, "Çelsi" Çilueli 2020-ci ildə "Lester"dən 50 milyon  avroya transfer edib. 

Namiq HUN

tag: Atletiko Madrid ,Ben Çiluel ,Çelsi, Atletiko ,Lester ,todaypress.az,