CIES mövsümün şanslılarını açıqladı
İdman
29.01.2025 17:38
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 42 milli liqasında klubların cari mövsümün qalan hissəsində hər oyun üçün mümkün xal hesabını açıqlayıb.
TodayPress CIES-in rəsmi saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası ilə bağlı statistika da yer alıb.
İlk pilləni çempionatın lideri “Qarabağ” tutur. “Köhlən atlar”da göstərici 2,57 xala bərabərdir. Liderin ən yaxın izləyicisi “Araz-Naxçıvan” (1,90) klubudur.
“Sabah” (1,86), “Turan Tovuz” (1,85) və “Zirə” (1,64) klubunun da çempionatın qalan turlarında çox xal toplamaq ehtimalı yüksək qiyməltləndirilir.
Trio çempionluq yolunda Ağdam və Naxçıvan təmsilçisinə başağrısı ola bilər.
Namiq HUN
tag: İdman,Araşdırma,CIES,Premyer Liqa,Todaypress.az,