CIES istedadlı futbolçuları açıqladı

İdman

19.02.2025 14:30

2744

Azərbaycan Premyer Liqasının ən bahalı və 23 yaşadək ən istedadlı futbolçuları müəyyənləşib.   

TodayPress xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) açıqladığı siyahıya “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə başçılıq edir.

21 yaşlı forvarda 4,2 - 5,2 milyon avro qiymət qoyulub.  “Zirə”nin qolçusu Salifu Suma bu göstəricidə ikincidir. 21 yaşlı futbolçu ya 1,6 - 1,9 milyon avro qiymət qoyulub. 

Sonrakı iki pillədə “Neftçi” və “Sabah” klublarınin qolkiperləri Rza Cəfərovla Yusif İmanov yer alıblar. Cəfərovun dəyəri 1,2 - 1,5 milyon avro, İmanovun isə 0,80 - 0,94 milyon avro qiymətləndirilir.  İstedadlı futbolçular arasında “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusifli dünyada 85-cidir. Onun reytinqi 64,3-ə bərabərdir. “Neftçi”nin orta xətt oyunçusu Emil Səfərov isə 64,1 reytinqlə 89-cu pillədə qərarlaşıb.   

Namiq HUN

tag: CİES,Futbol,Klub,Qarabağ,Todaypress.az,