Cica “Qarabağ”dan ayrıla bilər
İdman
02.12.2024 17:28
“Qarabağ” klubunun futbolçusu Redon Cica qış fasiləsində komandanı tərk edə bilər.
TodayPress xəbər verir ki, hücumçu Albaniya mətbuatına açıqlamasında deyib.
Cica Ağdam təmsilçisində az oyun şansı qazandığını bildirib:
“Futbolda heç nəyi əvvəldən bilmək olmur. Bir neçə variantım var, qışda komandanı tərk etsəm, onların arasından ən yaxşısını seçəcəyəm. Albaniya Superliqasına qayıdışım da mümkündür”.
Qeyd edək ki, 26 yaşlı futbolçu “Qarabağ”a 2023-cü ilin yanvarında Albaniyanın “Tirana” klubundan keçib. Redon Cicanın Azərbaycan çempionu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.
Namiq HUN
tag: Qarabağ, Cica, Albaniya, Liqa, todaypress.az,