Cica daha bir klubun maraq dairəsinə düşdü
İdman
26.12.2024 16:20
“Qarabağ”ın futbolçusu Redon Cica daha bir klubun maraq dairəsinə düşüb.
TodayPress xəbər verir ki, Albaniyanın “Eqnatiya” klubu hücumçunu heyətinə qatmaq istəyir.
Daha əvvəl Albaniyanın digər təmsilçisi “Partizani”nin də “Qarabağ”ın forvardı ilə maraqlandığı bildirilib.
Qeyd edək ki, Redon Cica “Qarabağ”a 2023-cü ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Azərbaycan çempionu ilə 2026-cı ilin yayınadək müqaviləsi var.
Namiq HUN
tag: Qarabağ, Cica ,azərbaycan, Çempion ,todaytpress.az,