Cibril Sisse məhkəmə qarşısına çıxdı

İdman

12.09.2024 10:16

Fransa yığmasının sabiq hücumçusu bir il şərti həbs cəzası ala bilər.

TodayPress xəbər verir ki, o, vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur.

Məhkəmədə prokurorluq onun 100 min avro cərimələnməsini də tələb edib. Son qərar noyabrın 13-də veriləcək.

Qeyd edək ki, Sisse İngiltərədə "Liverpul", İtaliyada "Latsio", ölkəsində "Oser" və "Marsel" klublarının formasını geyinib. O, 2002-2011-ci illərdə Fransa yığma komandasının heyətində 41 oyunda 9 qol vurub.

Namiq HUN

tag: Fransa, Hücumçu ,Məhkəmə, Liverpul, İtaliya ,Latsio, todaypress.az,