ÇFA keçmiş baş katibə 11 il iş kəsdi
İdman
11.12.2024 18:36
Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.
TodayPress xəbər verir ki, bu barədə Çin məhkəməsi qərar qəbul edib.
Federasiyanın keçmiş rəsmisi Liu Yin 3,6 milyon yuan (təxminən 500 min ABŞ dolları) cərimələnib.
Məhkəmənin qərarına əsasən, rüşvətxorluq ittihamları ilə bağlı qanunsuz şəkildə əldə olunmuş bütün pullar müsadirə ediləcək və dövlət xəzinəsinə veriləcək.
Bundan başqa məhkəmədən çatışmayan məbləğin axtarışının davam etdiriləcəyi bildirilib.
Namiq HUN
tag: Çin ,Futbol,Liu Yin,Federasiya,todaypress.az,