Ceyson Teytum çılğın yayı qiymətləndirdi

İdman

22.08.2024 12:28

Basketbolçu NBA və Paris Olimpiadasında qızıl medal qazanmasına səbəb olan yay dövrünü qiymətləndirib.

TodayPress xəbər verir ki, “Boston Celtics” klubunun və ABŞ milli basketbol komandasının hücumçusu Ceyson Teytum builki uğurlarından danışıb: 

“Çılğın yay idi. Milli komandanın tərkibində ikinci olimpiya qızıl medalımı qazanmaq mənə qismət oldu. Bu bir təcrübə idi. Və nəhayət, mən NBA çempionu oldum” deyə Teytum X sosial şəbəkəsində qeyd edib. 

Daha əvvəl Ceyson Teytumun atası Castin Teytum Paris Olimpiadasında ABŞ komandasının məşqçilər korpusunun oğluna münasibətini tənqid edib və bu səbəbdən basketbolçu son turnirdə məhdud oyun vaxtı ilə kifayətlənib.

Qeyd edək ki, ötən NBA mövsümündə Ceyson Teytum “Boston”la çempionluq titulunu qazanıb. Bundan sonra klubla liqa tarixinin ən böyük müqaviləsinə, 5 il və 315 milyon dollarlıq anlaşmaya imza atıb.

Namiq HUN

tag: Baketbol, NBA, Paris Olimpiadası, Ceyson Teytum, ABŞ, todaypress.az,