Ceyk sözünə əməl edəcək?
Videobloger Ceyk Pol əfsanəvi boksçu Mayk Taysona əlavə ödəniş edəcək.
TodayPress xəbər verir ki, buna səbəb 27 yaşlı şoumenin Mayka verdiyi vəd olub. O, 58 yaşlı Taysona döyüş 4 raunddan çox davam edəcəyi təqdirdə 5 milyon dollar ödəyəcəyini bildirib.
Qeyd edək ki, döyüş hər biri 2 dəqiqə olmaqla 8 raund formatında keçirilib. Hakimlər qalibi xallara görə müəyyən ediblər.
Xatırladaq ki, döyüşə görə Mayk Tayson 20 milyon, Ceyk Pol isə 40 milyon dollar qonarar alıb.
Namiq HUN
tag: Videobloger, Ceyk Pol, Mayk Tayson, Döyüş, Hakimlər, todaypress.az,