Ceydon Sanço “Mançester Yunayted”ə şərt qoydu

İdman

05.06.2024 09:56

“Borussiya Dortmund” klubunun cinah oyunçusunun hansı şərtlər altında “Mançester Yunayted”ə qayıtmağa hazır olduğu məlum olub. 

TodayPress xəbər verir ki, Ceydon Sanço, ancaq baş məşqçi Erik ten Haq klubdan ayrıldıqda "Mançester Yunayted"ə qayıtmağa hazır olduğunu bildirib. 

İngilis futbolçu 2021-ci ilin iyulunda 85 milyon avroya "Borussiya Dortmund"dan "Mançester Yunayted"ə keçib. O, bu ilin qışında 2023/2024-cü illər mövsümünün sonuna kimi “Borussiya”ya icarəyə verilib. Sanço arıların heyətində keçirdiyi 21 matçda üç qol vurub və üç məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Ceydon Sanço, Mançester Yunayted, Erik ten Haq, futbol, todaypress.az,