Çexiyalı hokkeyçi NHL tarixinə düşdü

İdman

10.10.2024 14:40

ABŞ-nin "Kolorado" klubunun çexiyalı hücumçusu İvan İvan Milli Hokkey Liqası (NHL) tarixində adı və soyadı üst-üstə düşən ilk oyunçu olub.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, hokkeyçi cari mövsümdə "Veqas"a qarşı matçda debüt edib. 

22 yaşlı hücumçu oyunda ciddi nəticə ilə yadda qalmayıb.

Qeyd edək ki, İvan İvan 2024-cü ilin yazında Kolorado təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Namiq HUN

tag: ABŞ,Kolorado,İvan İvan,Milli Hokkey Liqası,Veqas,todaypress.az,