Çexiya yığması əsas heyət üzvünü itirdi

İdman

09.06.2024 17:26

Futbol üzrə Çexiya yığma komandası itki ilə üzləşib. 

TodayPress xəbər verir ki, yarımmüdafiəçi Mihal Sadilek Avro-2024-ü buraxacaq. 25 yaşlı futbolçu zədələndiyindən milli heyətdəki yerini itirib. O, velosipeddən yıxılaraq dizini zədələyib. 

“Bu, bizim üçün böyük itkidir, çünki Mihal ən təcrübəli oyunçulardan biridir. Ona tezliklə sağalmasını arzulayıram” millinin baş məşqçisi İvan Haşek deyib. 

Qeyd edək ki, Çexiya yığma komandası Avropa çempionatının F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan milliləri ilə yarışacaq. 

"Tvente" klubunun yarımmüdafiəçisi son mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Namiq HUN

tag: Çexiya, AVRO-2024,Mihal Sadilek, Futbol, İdman, todaypress.az,