Cessi Linqard 128 avro cərimələndi

İdman

19.09.2024 16:15

Cənubi Koreyanın "Seul" klubunun yarımmüdafiəçisi Cessi Linqard 128 avro cərimələnib.

TodayPress xəbər verir ki, buna səbəb futbolçunun lisenziyasız elektrikli skuter idarə etməsi olub.

Cənubi Koreyada mövcud qanunvericiliyə görə elektrik skuter idarə etmək istəyənlər buna icazə verən lisenziyaya sahib olmalıdırlar. 

31 yaşlı futbolçu ötən ilin sentyabrında da cərimələnmişdi. O, sərxoş maşın sürdüyü üçün Böyük Britaniyada 18 ay sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, Cessi Linqard bu ilin fevralından Cənubi Koreyanın “Seul” klubunun formasını geyinir. O, ötən müddət ərzində meydana çıxdığı 18 matçda 4 qol vurub. 

Namiq HUN

tag: Cənubi Koreya, Lisenziya ,Böyük Britaniya, Sərxoş, Cessi Linqard, todaypress.az,