Cərimələr rekordçusu Artyom Dzyuba
İdman
09.08.2024 13:05
Rusiya millisinin sabiq futbolçusu Artyom Dzyuba il ərzində 100 dəfə cərimələnib.
TodayPress xəbər verir ki, forvarda sürət həddini aşmağa, yol xətlərinin qaydalarını pozmağa, təhlükəsizlik kəmərini taxmamağa və avtomobilini müəyyən edilmiş zolaqda sürməməyə görə protokollar tərtib edilib.
Dzyuba 2023-cü ilin oktyabrından bəri 88 min rubl (1700 manatdan çox) cərimə ödəyib.
35 yaşlı forvard ümumilikdə 300-dən çox cəriməyə məruz qalıb.
Qeyd edək ki, "Lokomotiv" (Moskva) klubundan ayrıldıqdan sonra klubsuz qalan Artyom Rusiya millisinin heyətində 55 oyunda 30 qol vurub.
Namiq HUN
tag: Rusiya, Artyom Dzyuba, Forvard, Avtomobil, Moskva, todaypress.az,