Çerçesov layiqli cəzasını aldı

İdman

17.10.2024 10:25

Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Stanislav Çerçesovu 738 min 400 tenge cərimələyib.

TodayPress xəbər verir ki, rusiyalı mütəxəssis qazax dili ilə bağlı zarafatına görə cəzaya məruz qalıb.

Xatırladaq ki, mətbuat konfransında PSJ formasında olan və qazax dilində sual verən jurnalistə Çerçesov belə demişdi: “Sən indi fransızca danışırsan?”

Məşqçinin zarafatı ölkədə böyük etiraza səbəb olub.

Qazaxıstan İdman Nazirliyi Çerçesovla izahat işinin aparılmasını tələb edib.

Namiq HUN

tag: Qazaxıstan ,Çerçesov,Cərimə ,İzahat ,Fransız, todaypress.az,