Cənubi Koreya səhvən Şimali Koreya kimi təqdim edildi

İdman

27.07.2024 10:29

2547

Parisdə keçirilən Olimpiada Oyunlarının açılış mərasimində Cənubi Koreya idmançıları səhvən Şimali Koreya kimi təqdim edilib. 

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Sena çayı boyunca bayraq dalğalandıran komanda həm fransız, həm də ingilis aparıcıları tərəfindən "Koreya Xalq Demokratik Respublikası" kimi təqdim edilib.

Cənubi Koreyanın idman nazirliyi baş verən olaydan təəssüfləndiklərini ifadə edib. Hökumət səviyyəsində Fransaya ciddi şikayət ünvanlayacaqlarını bildirib. 

Beynəlxalq Olimpiya Komitəsi (IOC) özünün Koreya dilində olan rəsmi “X” hesabında dərhal üzrxahlıq edən yazı paylaşıb.

Qeyd edək ki, Cənubi Koreyanın 143 idmançısı bu il Olimpiya komandasında 21 idman növü üzrə yarışacaq.

Töhfə Səməd

tag: Paris, Cənubi Koreya, Fransız, IOC, Sena, todaypress.az,