Cənubi Koreya polisi Linqardla bağlı araşdırmalara başladı
İdman
17.09.2024 17:35
Cənubi Koreyanın “Seul” klubunda çıxış edən Cessi Linqardın lisenziyasız elektrikli skuter sürməsi ilə bağlı araşdırmalara başlanılıb.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi sosial şəbəkədə elektrikli skuterlə getməsi barədə paylaşım etsə də, tezliklə onu silib.
Cənubi Koreya polisi futbolçunun sərxoş, həmçinin beynəlxalq sürücülük vəsiqəsinin olub-olmadığını yoxlayır.
Qeyd edək ki, 2021-ci ildən Cənubi Koreyada elektrikli skuterləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur.
Xatırladaq ki, 31 yaşlı futbolçu 2023-cü ilin yayında Böyük Britaniyada sürət həddini aşdığına və sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bir il yarım sürücülük hüququndan məhrum edilib.
Namiq HUN
tag: Cənubi Koreya, Polis ,Böyük Britaniya ,Linqard ,Araşdırma, todaypress.az,