Cənubi Amerika nəhənglərinin qara günü

İdman

11.09.2024 11:28

Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin növbəti matçları keçirilib.

TodayPress xəbər verir ki, son dünya çempionu Argentina bu tur gözlənilmədən məğlub olub. 

“Albiceleste” Kolumbiya millisi ilə səfər qarşılaşmasından 1:2 hesablı məğlubiyyətlə barışıb. 

Braziliya millisi də Paraqvay yığma komandası ilə səfər qarşılaşmasında büdrəyib. "Sambaçılar" oyundan minimalhesablı məğlubiyyətlə ayrılıb 0:1.

Qeyd edək ki, Argentina 8 oyundan sonra 18 xalla liderdir. Beşqat dünya çempionu Braziliya isə 10 xalla beşinci pillədə qərarlaşıb.

Namiq HUN

tag: Amerika,Argentina, Paraqvay, Sambaçılar, Braziliya, todaypress.az,