“Cenoa” Vieyra ilə anlaşdı
İdman
20.11.2024 10:50
“Cenoa” baş məşqçi Alberto Cilardinyo ilə yollarını ayırıb.
TodayPress xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
Genuya təmsilçisinə cari mövsüm Patrik Vieyra başçılıq edəcək.
Qeyd edək ki, Cilardinyo 2022-ci ilin dekabrından “Cenoa”ya rəhbərlik edib. Genuyalılar onun rəhbərliyi altında A Seriyasının 2024/2025 mövsümündə 12 turdan sonra 10 xal toplayıblar.
Namiq HUN
tag: Cenoa,Alberto Cilardinyo,Patrik Vieyra ,todaypress.az,