Cenk Tosun "Fənərbağça"dan ayrılır

İdman

07.03.2025 21:50

2395

"Fənərbağça"nın futbolçusu Cenk Tosun Yaponiyanın "Urava Red Diamonds" komandasının transfer gündəmindədir. 33 yaşlı futbolçu üçün təmasların başladığı və tərəflər arasında danışıqların davam etdiyi öyrənilib.

TodayPress xarici mediaya istinadla bildirir ki, Yaponiya komandası 33 yaşlı futbolçu üçün təmaslara başlayıb və tərəflər arasında danışıqlar aparılır. 


Məlumata görə, Cenk Tosunun Yaponiyaya transferi üçün indi maliyyə maneələri aradan qaldırılmalıdır. Bu mövsüm "Fənərbağça"nın heyətində 17 oyunda forma geyinən Cenk Tosun 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Yaponiyada transfer pəncərəsi martın 26-da başa çatır.

 

tag: Yaponiya, Cenk Tosun, Transfer, Fənərbaxça, todaypress.az,