Çempionşipin bərkgedəninə London yaşıl işıq yandırdı

İdman

02.07.2024 17:18

“Tottenhem” futbol klubu orta xətti gücləndirir. 

TodayPress xəbər verir ki, London klubu heyətinə Arçi Qreyi qatıb. 18  yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinə “Lids” klubundan transfer olunub.  Onunla anlaşma 2030-cü ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun transferi “Tottenhem”ə 41 milyon avroya başa gəlib. 

Qeyd edək ki, Arçi Qrey son mövsüm “Lids”in heyətində 52 oyuna çıxıb. O, Çempionşipin ən yaxşı gənc futbolçusu seçilib.

Namiq HUN

tag: London, Arçi Qrey, Futbolçu, Lids, Tottenhem, todaypress.az,