“Çempionların savaşı” başladı

İdman

28.04.2025 18:10

11

Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turniri keçirilir.   

TodayPress xəbər verir ki, açılış mərasimindən sonra turnirin püşkü atılıb.

Yarışda Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qələbə uğrunda mübarizə aparır.   

Qadınlar arasında isə ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə yarışda qalibi müəyyən edəcək.   

“Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək. 

Turnir aprelin 30-dək davam edəcək. 

Namiq HUN

tag: Çempionların savaşı,Şahmat,Çempionat,Yarış,Todaypress.az,