Çempionların iştirak edəcəkləri ilk yarış
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov və Zelim Kotsoyev 9 aydan sonra tatamiyə qayıdırlar.
TodayPress xəbər verir ki, hər iki cüdoçu 23 - 26 apreldə Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına qatılacaq.
Hazırda onlar Azərbaycanın digər aparıcı cüdoçuları ilə birlikdə Yaponiyada təlim-məşq toplanışındadırlar.
Namiq HUN
(teleqraf.az)
tag: Hidayət Heydərov,Zelim Kotsoyev,YArış,Çempion,Todaypress.az,