Çempionlar Liqasının ƏN YAXŞI GƏNC OYUNÇUSU

İdman

03.06.2024 17:34

"Real Madrid" klubunun yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

TodayPress xəbər verir ki, Los Blankos finalda Dortmund “Borussiya”sını məğlub edərək ən nüfuzlu Avropa kuboku turnirinin qalibi olub. Ötən ilin yayından “Real”da oynayan ingiltərəli futbolçu, əvvəllər Dortmund "Borussiya"sının şərəfini qoruyub.

Qeyd edək ki, ingiltərəli futbolçu son mövsüm Çempionlar Liqasının rekordunu təkrarlamaqla yadda qalıb. Bellinqem “Real”ın heyətində ardıcıl 6 oyunda qol və ya ötürməyə imza atan 4-cü futbolçu olub. Cud bu matçlarda 4 qol və 4 assist müəllifi kimi fərqlənib. Ona qədər Artyom Dzyuba, Killian Mbappe və Sebastyan Aller ardıcıl 6 görüşdə qol vurulmasında pay sahibi olub.

 Namiq HUN

tag: Çempion, Liqa, Real Madrid, Futbol, Borussiya, todaypress.az,