Çempionlar Liqası: “Real Madrid” və “Bavariya” məğlub oldu

İdman

03.10.2024 09:29

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun  növbəti oyunları keçirilib. 

TodayPress xəbər verir ki, turun ikinci oyun günü Avropa nəhənglərinin büdrəməsi ilə yadda qalıb.   

Turnirin son qalibi “Real Madrid” uğurlu startın davamını Fransanda “Lill”lə görüşdə gətirməyə çalışsa da, bu baş tutmayıb.

Conatan Devidin penaltidən vurduğu qol “kral klubu”nu xaldan məhrum edib 1:0.   

İlk turdan sonra Liqa mərhələsində liderliyi ələ alan “Bavariya” Birminhemdə “Aston Villa”nın qonağı olub. 79-cu dəqiqədə Con Duran meydan sahiblərinə qələbə qazandıran qolun müəllifi olub 1:0.     

"Benfika" Lissabonda "Atletiko"nun qapısından 4 cavabsız top keçirib. Görüşə türkiyəli futbolçular damğa vurub. Kerem Aktürkoğlu və Orkun Kökçü hərəyə bir dəfə fərqləniblər. 

"Yuventus" isə "Leypsiq" səfərində çətinlik çəkib. "Qoca Sinyora" hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb 3:2. 

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"su "Monako"nu qəbul edib. Meydan sahibləri matçın gedişində 2 top fərqli ilə öndə olsa da, qələbəni əldən verib 2:2. 

Turun digər görüşlərində İngiltərədə “Liverpul” “Bolonya”dan üstün olub 2:0.

Avstriyada “Şturm” “Brügge”yə minimal hesabla uduzub 0:1. 

İspaniyada “Jirona” “Feyenoord”a məğlub olub 2:3. 

“Atalanta” isə səfərdə “Şaxtyor”u darmadağın edib 3:0.   

Namiq HUN

tag: Real Madrid ,Bavariya,UEFA Çempionlar Liqası,Qol,Todaypress.az,